Məsafəli Satış (Sayt Kirayəsi) Müqaviləsi

Məsafəli Satış (Sayt Kirayəsi) Müqaviləsi

Məsafəli Satış (Sayt Kirayəsi) Müqaviləsi

Bu müqavilə, [Birincy.com / Baku, Azerbaijan] (bundan sonra Təchizatçı) ilə İcarəçi (bundan sonra Müştəri) arasında bağlanmışdır. Müqavilənin məqsədi, müştərinin təchizatçının təklif etdiyi hazır sayt şablonlarını kirayəyə götürməsi ilə bağlı şərtləri müəyyən etməkdir.


1. Müqavilənin Mövzusu

Bu müqavilə, təchizatçının öz rəsmi saytında təqdim etdiyi veb sayt şablonlarının müəyyən müddət ərzində kirayəyə verilməsi və xidmətlərin göstərilməsi qaydalarını tənzimləyir.


2. Müddət

İcarə müddəti müştəri tərəfindən seçilən paketə uyğun olaraq aylıq, rüblük, yarımillik və ya illik olaraq müəyyən olunur. Müddət sonunda müştəri istəyə uyğun yeniləmə və ya tam alqı-satqı edə bilər.


3. Ödəniş Şərtləri

Ödənişlər öncədən və ya avtomatik təkrarlanan şəkildə həyata keçirilir. Müştəri gecikmə hallarında əlavə ödəniş və ya xidmətin dayandırılması ilə üzləşə bilər.


4. Texniki Dəstək və Yeniləmələr

İcarə müddətində texniki dəstək və sayt yeniləmələri təchizatçı tərəfindən təqdim olunur. Dizayn və funksional dəyişikliklər əlavə ödəniş tələb edə bilər.


5. İmtina Hüququ

Müştəri, sayt aktivləşdirilməmişsə, ödəmədən 24 saat ərzində xidmətlərdən imtina edə və tam ödəniş geri ala bilər. Aktivləşdirilmiş saytlarda ödəniş geri qaytarılmır.


6. Mülkiyyət Hüququ

Saytın məzmunu müştəriyə aiddir, lakin texniki infrastruktur və şablonlar təchizatçının mülkiyyətində qalır. Saytı tam satın almaq istəyən müştəri üçün ayrıca müqavilə hazırlanır.


7. Hüquqi Məsuliyyətlər

Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət daşıyırlar. Mübahisələr danışıqlar yolu ilə, nəticə əldə olunmadıqda isə müvafiq məhkəmələrdə həll edilir.

Sizə necə kömək edə bilərik?

Bizimlə Əlaqə Saxlayın

Bizimlə əlaqə üçün zəhmət olmasa aşağıdakı formu doldurun. Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq

Əlaqə Saxlayın